Ağdaşdakı dəhşətli hadisənin şahidləri danışdılar

image-agdashbackend

Dünən Ağdaşda 14 yaşlı Murad Bəkirli kanalda çimərkən boğulub.

newsbaku.az xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Murad Bəkirlinin qonşusu Həsən Həsənov Baku TV-ə danışıb.

“Mağazada işləyirdim. Nəvəm gəldi, kanala getmək istədiyini dedi. Atan sənə icazə verməz dedim. Çimməyə yox, uşaqlara baxmağa getmək istədiyini dedi. Elə getdiyinin üstündən 5-6 dəqiqə keçmişdi ki, qışqıraraq geri qayıtdı. Muradın batdığını dedi. Tez mağazanı bağlayıb kanala tərəf qaçdım”, – deyə o bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki