“TNT Sports” portalı 2025-ci iyul ayına olan göstəricilərə əsasən “Qızıl top”a əsas iddiaçıların reytinqini dərc edib.
newsbaku.az “Sovsport”a istinadən xəbər verir ki, siyahıya “Barselona”dan olan Lamin Yamal başçılıq edir.
Portuqaliya millisi ilə Millətlər Liqasının qalibi olan PSJ-nin yarımmüdafiəçisi Vitinya siyahıda ikinci yerdə qərarlaşıb.
İlk üçlüyü İngiltərə millisinin və London “Çelsi”sinin yarımmüdafiəçisi Kol Palmer qapadır.
PSJ-nin parlayan ulduzu Usman Dembelenin adı isə dördüncü yerdə qərarlaşıb və top üçlükdə yoxdur.
newsbaku.az