Bu ilin altı ayı ərzində Azərbaycan Silahlı Qüvvələrində baş vermiş hərbi cinayətlərin 99.2 faizi açılıb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər ki, bunu Respublika Hərbi Prokurorluğunda 2025-ci ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədov deyib.
O bildirib ki, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, zəruri tədbirlərin görülməsi təmin olunub. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülüb.
newsbaku.az