ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı yeni açıqlama verib.
newsbaku.az xəbər verir ki, bu barədə o, Ağ Evdəki brifinqdə danışıb.
ABŞ lideri deyib ki, əgər o prezident olmasaydı, Rusiya Prezidenti Vladimir Putin bütün Ukraynanı ələ keçirə bilərdi.
Trampın fikrincə, Putin Ukraynada müharibəyə son qoymaq üçün razılaşma əldə etmək istəyir.
newsbaku.az