Serbiyada etiraz aksiyaları zamanı 60-dan çox nümayişçi xəsarət alıb

image-izobrazhenie_2025-08-14_105821619backend

Serbiyanın Belqrad və Novi Sad şəhərlərində keçirilən etiraz aksiyaları zamanı 60-dan çox vətəndaş və 16 polis əməkdaşı yaralanıb.

newsbaku.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Daxili İşlər Nazirliyinin keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, hökumət hazırda küçədə polis işçilərinin sayını artırır və qayda-qanun yaradılması üçün bütün gücü ilə səfərbər olunub.

Etiraz aksiyaları Serbiya Tərəqqi Partiyasının Serbiyadakı ofislərinin qarşısında keçirilib.

Məlumat üçün qeyd edək ki, Serbiyada tələbələrin və müxalifətin etirazları 2024-cü ilin noyabrın 1-də Novi Sadda qatar stansiyasında tavanın uçması və 16 nəfərin ölümündən sonra başlayıb. Etirazçılar növbədənkənar parlament seçkisinin keçirilməsini və hökumətin istefasını tələb edirlər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki