“Hesab edirəm ki, saziş və bəyannamə İran və Rusiya üçün kifayət qədər nəzərəçarpacaq faydaları ehtiva edir. Çünki əgər bu saziş reallaşdırılarsa və həyata keçirildiyi təqdirdə, məsələn, İran Fars körfəzindən Qara dənizə qədər dəmiryolu üzrə çıxış əldə edəcək. Həm Rusiya, həm də İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək”.
newsbaku.az-ın xəbərinə görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Fox News” telekanalına müsahibəsində deyib.
“Demək istədiyim odur ki, əgər bu sazişin iqtisadi tərəfinə diqqət yetirilsə, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həmçinin Rusiya və İran çox mühüm və həqiqətən nəzərəçarpan, faktiki olaraq misligörünməmiş faydalar əldə edəcəklər. Çünki indi Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmiryol xətti yoxdur.
Ona görə də mən bunu bütün ölkələrə, o cümlədən, yeri gəlmişkən, bütün beynəlxalq ictimaiyyətə – beynəlxalq sabitlik və təhlükəsizlik üçün əhəmiyyətli fayda gətirə biləcək çox mühüm saziş hesab edirəm”, – deyə Paşinyan qeyd edib.
newsbaku.az