2025/26 mövsümünün səfər forması bu ilin payızında qeyd ediləcək şanlı Qarabağ Zəfərinin beş illiyinə həsr olunmuş oyun dəstidir.
newsbaku.az xəbər verir ki, formalar “Kappa” tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edilib və hazırlanıb.
Hərbi geyimlərin əsasını təşkil edilən kamuflyaj naxışları, “Neftçi” loqosunun xüsusi qızılı rənglə işlənməsi, arxa boyun hissəsindəki “Zəfər bizimdir!” şüarı ilə bu forma sadəcə oyun dəsti olmaqla kifayətlənmir – o, xalqımızın böyüklüyünün və qürurunun əyani ifadəsidir.
Azərbaycanın zəfər ruhunu yaşadan bu forma milli birliyin və əzmin rəmzi kimi meydanlarda öz yerini tapacaq.
Qeyd edək ki, “Neftçi” ötən gün ev oyunları üçün nəzərdə tutulan formalarını da təqdim etmişdi.
newsbaku.az