Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb.
newsbaku.az xəbər verir ki, bu barədə “Taliban”ın rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət “X” hesabında məlumat verib.
“Kunarda zəlzələ qurbanları haqqında yenilənmiş məlumat. Ölənlərin ümumi sayı 2 205-ə, yaralıların sayı isə 3 640-a çatıb”, – deyə Fitrət yazıb.
Xatırladaq ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin ocağı təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazidə hiss olunub.
newsbaku.az