Bakıda külək güclənib – FAKTİKİ HAVA

image-1543552backend

Azərbaycan ərazisində sentyabrın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

newsbaku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkənin bəzi ərazilərində küləkli hava şəraiti müşahidə olunur.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s-dək güclənir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki