“Google” servislərinin işində qlobal nasazlıq yarandı

image-1000_f_512801666_cwqwrartrkjdj4tiezq3vzymjjmrijfrbackend

Sentyabrın 4-də istifadəçilər kütləvi şəkildə “Google”, “YouTube”, “Gmail”, “Google Drive” servislərinə girişlə bağlı problemlərin yarandığını bildirirlər.

newsbaku.az-ın xəbərinə görə, nasazlıq məşhur platformaların veb-versiyalarını, həmçinin mobil tətbiqləri əhatə edib ki, bu da sosial şəbəkələrdə narahatlıq dalğası yaradıb.

İstifadəçilərin əksəriyyəti öz fərdi hesablarında qeydiyyatdan keçmənin mümkünsüzlüyündən şikayət edirlər.

Problem, ehtimal ki, kütləvi xarakter daşıyır, lakin şirkətdən hələ ki hər hansı rəsmi açıqlama verilməyib.

image-hnwqozt7cx0maglityws71ebnu3kngf6tndamfvv_640 image-lpzzxd7dtk9dkbc1hruflrpvbsdta24qs0dh2rj6_640 image-d9gtfp5mvqzd5sxo0auqxhyvdfzfmko0xg8xcbjk_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki