Atası tərəfindən vəhşicəsinə döyülən körpənin anası: “Mənim əl-qolumu bağlamışdı”

image-dbackend

Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşağın anası Sevinc Telman qızı Rəhimova övladının, həyat yoldaşı tərəfindən döyüldüyünü təsdiq edib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, övladını o vəziyyətə salan şəxs Sadiq Azər oğlu Rəhimovdur.

“O mənə deyirdi ki, yetimxanada olan uşaq mənim oğlum deyil, dəyişik salıblar. Mənim əlimi-qolumu bağlamışdı. Balamın geri qaytarılmasını istəyirəm”, – deyə S.Rəhimova bildirib.

Xatırladaq ki, avqustun 27-də Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alıblar. Döyülən körpələrin hər iki valideyninin əqli qüsurlu olduğu bildirilir.

Körpələrin anası Sevinc Rəhimovanın üçüncü uşağına hamilə olduğu da qeyd olunur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki