Dövlət Reklam Agentliyi auditor seçib

image-izobrazhenie_2025-08-14_110053466backend

Dövlət Reklam Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

newsbaku.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “RSM Azerbaijan” MMC-dir.

Qalib şirkətə 34 min manat ödəniləcək.

Ötən il də bu tenderin qalibi “RSM Azerbaijan” MMC olub. Şirkətə 60 min manat ödənilib.

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki