Braziliyada partlayıcı məhsullar istehsal edən zavodda partlayış baş verib.
newsbaku.az-ın xəbərinə görə, bu barədə avqustun 13-də Parana ştatının qubernatoru Ratinyo Junior “X” hesabında məlumat verib.
Məlumata görə, partlayış nəticəsində doqquz nəfər həyatını itirib.
“Kuatru-Barrasda baş verən partlayışda həlak olan doqquz nəfərə görə dərin təəssüf hissi keçirirəm”, – deyə o yazıb.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
newsbaku.az