Pakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edilib

image-p6vtdkhh1g1dblu2ynf54txxfanslqu1cfsuswnv_640backend

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana səfər edib.

newsbaku.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim Muniri və Pakistan ordusunun şəxsi heyətini “Müstəqillik günü” və “Haqqın qələbəsi” əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

Sonra feldmarşal Asim Munirə Azərbaycan müdafiə nazirinin əmri ilə verilmiş “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı təqdim olunub.

image-dicsdpmc030jxig0qh5ggtpsvkvyepj21lcxiggb_640 image-rvdihsc90tldt6oke4s4rgq7bqv1mzziggq6ycxe_1200 image-ohxvnfevcr1muuztfpu0g7z3508w1fgktascz3fy_640 image-p6vtdkhh1g1dblu2ynf54txxfanslqu1cfsuswnv_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki