Rusiya “IrAero” aviaşirkəti Perm və Bakı arasında birbaşa reyslərin yerinə yetirilməsi proqramının uzadılması barədə qərar qəbul edib.
newsbaku.az-ın məlumatına görə, bu barədə Perm aeroportunun rəsmi saytında xəbər verilib.
Bildirilib ki, əvvəlki uçuş cədvəlinə əsasən, “Superjet” təyyarələri bazar günləri saat 20:00-da (yerli vaxtla) yola düşürdü.
“2025-ci il noyabrın 1-dən etibarən Permdən Bakıya reyslər şənbə günləri həyata keçiriləcək, uçuş saat 17:55-ə planlaşdırılıb. Uçuş proqramı 2026-cı il martın 28-dək davam edəcək”, – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan paytaxtına uçuş proqramı 2025-ci ilin oktyabrına qədər təsdiqlənmişdi.
newsbaku.az