İranlı zəvvarları daşıyan avtobus qəzaya uğradı: Ölənlər və yaralananlar var

image-qicroszhe4cqcvhn4xkh6afxr1q1ivkhrdoq210e_1200backend

İranlı zəvvarları “Ərbəin” mərasimi üçün aparan avtobus İraqın Bəsrə-Şələmçə magistralında qəzaya uğrayıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İranın Fövqəladə Hallar İdarəsinin məlumatına əsasən, qəza nəticədə 4 nəfər həyatını itirib, 57 nəfər isə yaralanıb.

Qəzanın avtobusun yol kənarındakı maneəyə çırpılması səbəbindən baş verdiyi bildirilir. İranın Qızıl Aypara Cəmiyyəti hadisə yerinə 10 əməliyyat qrupu göndərib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki