Xulio Velaskes: “İlk matçda son dəqiqə qolu ilə qələbə qazandıq”

image-63a9602backend

“İlk matçda son dəqiqə qolu ilə qələbə qazandıq, amma bu bizə cavab oyunu üçün rahatlıq verməməlidir”.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Xulio Velaskes Bakıda “Sabah”la keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

“Uğurlu seriyamızı davam etdirmək istəyirik. Rəqibin müxtəlif mövqelərdə çox yaxşı futbolçuları var. Çətin oyun olacaq, amma məqsədimiz davam etməkdir”.

Onun sözlərinə görə, meydana müdafiə olunmaq üçün çıxmayacaqlar: “Son oyunlarımızı kənara qoymalıyıq. “Sabah”la ilk matçda olduğu kimi bizim əsas hədəfimiz müdafiə olunmaq deyil. Prioritet topu ortada saxlayaraq hücuma aparmaqdır. Müdafiə olunmaq fikrində deyilik. Məncə, ilk oyundan daha dinamik oyun görəcəyik”.

O, avrokubokda mübarizəni dayandırmağı düşünmədiklərini vurğulayıb: “Oyuna köklənərək qələhə qazanmaq istəyirik”.

Velaskes mümkün penaltilər seriyasına hazır olduqlarını deyib:

“Bizim artıq I və II təsnifat mərhələrində müvafiq olaraq “Hapoel Beer-Şeva” və “Braqa” ilə oyunlarda belə təcrübəmiz var. Amma istəyirik ki, işimizi əsas vaxtda həll edək”, – deyə o bildirib.

Qeyd edək ki, “Sabah” – “Levski” görüşü avqustun 14-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki