Səfir: “Pakistan hər zaman Azərbaycan dövləti və xalqının dəstəyini yüksək dəyərləndirib”

image-izobrazhenie_2025-08-14_105935109backend

“Pakistan hər zaman Azərbaycan dövləti və xalqının dəstəyini yüksək dəyərləndirib. Bu ilin mayında Pakistan Silahlı Qüvvələri Hindistanın hücumuna layiqli cavab verib”.

newsbaku.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkəsinin Müstəqillik Gününün 78-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

Diplomat xatırladıb ki, Hindistanın təxribatına qarşı sərt cavabdan sonra hər kəs Pakistanın gücünə şahid oldu:

“Bu qələbə Azərbaycan, Pakistan və Türkiyə liderləri tərəfindən Laçında da qeyd olundu. Prezident İlham Əliyevin uzaqgörən siyasəti Qarabağın azad edilməsini təmin etdi. Ümid edirik ki, bir gün Pakistan da Hindistanın işğalı altında olan torpaqlarını azad edəcək”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki