Türkiyədə İzmirin Berqama rayonunda başlayan meşə yanğını güclü külək səbəbindən sürətlə yaşayış məhəlləsindəki evlərə çatıb.
newsbaku.az İHA-ya istinadən xəbər verir ki, azı üç evə ziyan dəyib.
İzmir Yanğından Mühafizə İdarəsinin 4 texnikası və 12 canlı qüvvəsi, Meşə Bölgə Müdirliyinin xüsusi qrupları ilə birlikdə həm havadan, həm də qurudan yanğınla mübarizə aparır. Yanğınsöndürmə işlərinə könüllü qruplar da dəstək verirlər.
Ərazidəki sakinlərin təhlükəsiz yerə təxliyə edildikləri bildirilib.
newsbaku.az