Makron Fransanın Kamerundakı repressiyalara görə məsuliyyətini etiraf edib

image-aqagjj9x0y-1mxeq-o7wprt7_5tlti80b1o1yo8eqq5mfrff_lu2q1z2701mkpb-x6vm7luzprs0bs1ojaidomtfvmbackend

“Fransa Kamerunda kütləvi repressiyalar həyata keçirib ki, bu da ölkənin müstəqilliyinə qarşı müharibə sayıla bilər”.

newsbaku.az “France24” telekanalına istinadən xəbər verir ki, bu barədə Prezident Emmanuel Makronun kamerunlu həmkarı Pol Biyaya məktubunda deyilir.

Makron tarixçilərdən ibarət komissiyanın gəldiyi nəticəni qəbul etdiyini bildirib.

Sənəddə qeyd olunur ki, Kamerunda faktiki müharibə baş verib. Bu müharibə zamanı müstəmləkəçi hakimiyyət və Fransa ordusu müstəqillik tərəfdarlarına qarşı repressiv tədbirlərə əl atıblar.

Qeyd dək ki, Fransa prezidentinin administrasiyası digər Afrika ölkələri ilə bağlı da oxşar addımlar atıb. Bu cür hesabatlar əvvəllər Ruanda və Əlcəzairlə bağlı hazırlanıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki