Süni intellekt təhlükəlidirmi?

image-whatsapp-sekil-2025-08-14-saat-14-24-01_183b339ebackend

Süni intellekt dövrümüzün ən böyük inqilablarından biridir desək, yanılmarıq. Bu inqilab özü ilə gətirdiyi dalğanı dünyanın hər bir tərəfinə tez bir zamanda yaya bilmişdir.

Süni intellektin mahiyyəti budur ki, o, məlumatları toplayır, emal edir və bizlərə təqdim edir. İstənilən suala cavab verən, əlçatımlılığı çox yüksək olan və insanların işlərini asanlaşdıran böyük bir vasitədir.

Bəs süni intellekt müsbət tərəfləri ilə yanaşı hansı mənfi cəhətləri doğurur? Xüsusən də süni zəka, gənclərdə araşdırma və analizetmə kimi şəxsi bacarıqları sıradan çıxarırmı?

Mövzu ilə bağlı newsbaku.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirir ki: “Düşünmürəm ki, süni intellekt az bir vaxtda bizim məişətimizə, təhsilimizə və elmimizə təsir edə biləcək. Bunun üçün zamana ehtiyac var. Hər halda ki, süni intellektin formalaşmasını insan ərsəyə gətirib. Ona görə də ümidsiz olmaq lazım deyil, hər şeyi zaman göstərəcək. Müəyyən sahələrdə süni intellektin təsirinə məruz qalacağıq, amma elmə, təhsilə təsir etməsini yaxın 5 il üçün təsəvvür edə bilmirəm”.

Təhsil eksperti Elnur Hacıyev newsbaku.az-a bildirir ki: “Süni intellekt analitik düşüncəni aşağı sala bilər, amma bununla yanaşı ondan istifadə edərkən doğru sualı istəmək lazımdır, onla işləməyi bacarmaq lazımdır. Bu baxımdan analitik düşüncəni zəiflətsə də, düzgün sual vermə qabiliyyətini inkişaf edirəcək. Yekunda qərar onsuz da bizdədi, sadəcə datalar süni intellektdən alına bilər. Süni intellekt sıradan çıxarsa, dataların təhlili yox olacaq. 20-əsrin 70-ci illərində yaponlar bildirirdilər ki, orta məktəblərdə hər şey elektronlaşacaq – elektron parta, elektron lövhə və.s. Amma hazırda belə, hər şey elektron deyil. Ona görə də, idarəçilər olacaq və data analitika da burda mühüm rol oynayacaq. Süni intellekt hər şeyi əhatəsinə götürə bilməyəcək”.

Paşa Nuru

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki