“Sabah”ın baş məşqçisi: “Bundan sonra diqqətimizi Premyer Liqaya yönəldəcəyik”

image-ghzspuwbk8pzbj1o0949mac7vutgjmgewoess01l_1200backend

“Əgər iki oyunda fərqlənə bilmirsənsə, deməli növbəti mərhələyə yüksəlməyə layiq deyilsən”.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda Bolqarıstan “Levski”sinə 0:2 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.

“Danışmağa çox sözüm yoxdur. Əgər iki oyunda fərqlənə bilmiriksə, demək rəqib komanda növbəti mərhələyə yüksəlməyə layiqdir. Səfərdə nizam-intizamlı oyun sərgiləmişdik. İlk matçda bizi heç-heçədən son 10 saniyə ayırdı. Cavab matçında rəqib riskə getmədi, biz isə etməli idik. İlk yarıda bir səhvə yol verdik, o da qolla nəticələndi. Bu gün meydana toplaşan azarkeşlərə öz təşəkkürümüzü bildiririk.

Artıq bu qarşılaşmanı unudub, Premyer Liqaya köklənəcəyik. Bizim bir arzumuz var ki, 2025/2026 mövsümünün sonunda turnir cədvəlində avrokuboklar zonasına düşək. Azərbaycanı Avropada daha yaxşı təmsil etmək istəyirik”.

Qeyd edək ki, “Sabah” – “Levski” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki