Xulio Velaskes: “Nəticəyə görə xoşbəxtəm”

image-vyv6i65qqknm5hflxdyfnymlxzm8p8tjyh7eswp0_1200backend

“Nəticəyə görə xoşbəxtəm”.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın “Levski” komandasının baş məşqçisi Xulio Velaskes Bakıda “Sabah”a 0:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

“Birinci oyundakı nəticəni fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. “Sabah” fərdi olaraq keyfiyyətli oyunçulardan təşkil olunub, bizə çətinliklər yaratdılar. Amma sonda qələbə qazandıq. Komanda yalnız müdafiədə deyil, hücumda da yaxşı çıxış etdi. İlk oyunla müqayisədə cəmi 1 oyunçu dəyişikliyi etmişdik. Cavab matçında bir az rahat görünə bilərdik.

Mütəxəssis “Levski”nin cavab qarşılaşmasında etibarlı oyun sərgilədiyini vurğulayıb: “Düşünürəm ki, komandamız həm müdafiə, həm də hücum xəttində etibarlı çıxış etdi. Biz rəqibdən asılı olaraq oyun planımızı dəyişə bilərik”.

Qeyd edək ki, “Sabah” – “Levski” görüşü qonaqların 0:2 hesablı qələbəsi ilə bitib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki