UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” qapısında beş qol gördü

image-gsxng9ckzrnlpicuhyjxlbmlc63d6ajmamacvqlz_1200backend

“Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə “Omoniya” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqləniblər.

Beləliklə, Bakıdakı ilk görüşdə də 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki