Türkiyənin azərbaycanəsilli yazıçısı Pınar Kür 82 yaşında dünyasını dəyişib.
newsbaku.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Pınar Kür 15 aprel 1943-cü ildə Bursada anadan olub. Anası İsmət Kür türk dili və ədəbiyyatı müəllimi, atası Bəhram Kür isə fransız dili və riyaziyyat müəllimi işləyib. Müəllim ailəsində böyüyən gələcək yazıçı təhsilini Robert Kolleci, “Queens College”, Boğaziçi və Sorbonna Universitetlərində alıb.
Ustad yazıçı İstanbul Universitetinin xarici dillər məktəbində ingilis dili müəllimi kimi çalışıb. Onun aktyor Can Kolukısa ilə evliliyindən Emrah adlı bir oğlu var və o da atası kimi aktyordur.
Qeyd edək ki, Pınar Kür Azərbaycan Cümhuriyyətinin qurucularından olan Şəfi bəy Rüstəmbəylinin qardaşı qızıdır.
newsbaku.az