Lənkəranda altıyaşlı oğlanı maşın vurdu, vəziyyəti ağırdır

image-329041356-scaledbackend

Lənkəran şəhərində avtomobil altıyaşlı oğlanı vurub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə səhər saat 09:30-da şəhərin 20 Yanvar küçəsində baş verib.

Şəhər sakini, 1979-cu il təvəllüdlü Azər Əsgərov idarə etdiyi QAZ-3110 markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub.

Xəsarət alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki