Bakının Xətai rayonundan keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar sabah saat 22:00-dan iyulun 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
newsbaku.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 17-si axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.
newsbaku.az