Xaçmaz rayonunda kişi meyiti aşkarlanıb.
newsbaku.az xəbər verir ki, meyit Xaçmaz rayonunun İstisu kəndi ərazisində tapılıb.
Aparılan araşdırmalar nəticəsində meyitin Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Elnar Hüseyn oğlu Əliyevə məxsus olduğu müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
newsbaku.az