“Benfika”nın futbolçusu Kerem Aktürkoğlu karyerasını “Fənərbağça”da davam etdirəcək.
newsbaku.az xəbər verir ki, “Fənərbağça” türkiyəli cinah oyunçusunun keçidi üçün Portuqaliya klubu ilə anlaşıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Kerem bu həftə İstanbula gələcək və tibbi müayinədən keçəcək.
“Fənərbağça” ilə rəsmi razılıq əldə edən Kerem Aktürkoğlu “Qalatasaray” rəsmilərinə zəng edərək üzr istəyib.
“Çox üzr istəyirəm, amma bu, peşəkar həyatdır. “Fənərbağça”nın təklifini qəbul etməliydim. Haqqınızı halal edin. Harada oynamağımdan asılı olmayaraq, “Qalatasaray”ın mənim üçün yeri hər zaman fərqli olacaq. Azarkeşlərimizdən də üzr istəyirəm”, – deyə K.Aktürkoğlu bildirib.
newsbaku.az