Baş prokuror Mingəçevir, Zaqatala, Xaçmaz və Qaxa prokurorlar təyin etdi

image-prokbackend

Qax rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib.

newsbaku.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Rəşad Bəşirov ikinci səlahiyyət müddətinə Qax rayon prokuroru vəzifəsinə təyin edilib.

 

Xaçmaz rayonuna prokuror təyin edilib.

newsbaku.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təyin edilib.

 

Mingəçevir şəhəri və Zaqatala rayonuna yeni prokurorlar təyin ediliblər.

newsbaku.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmri ilə, Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Qabil Səfərov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə, Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi Pərvin Quliyev vəzifəsindən azad edilərək Mingəçevir şəhərinə prokuror təyin olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki