Fernandu Santuş ən zəif məşqçilər sırasına daxil edildi

image-b_fernandu-santu-hr-oyuna-qlb-istyi-il-xrq_20241005211601backend

UEFA zonası üzrə milli komandalarda orta hesabla hər oyunda ən az xal toplayan məşqçilərin siyahısı açıqlanıb.

newsbaku.az xəbər verir ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuş da siyahıda özünə yer edib.

Yığmamızı 11 matçda meydana çıxaran və İslandiyaya 5:0 hesablı məğlubiyyətdən sonra qovulan portuqaliyalı mütəxəssis yalnız iki dəfə heç-heçəyə öyünə bilib. Santuşlu komandamız orta hesabla hər görüşdə 0.18 xal toplayıb. Santuş bu nəticə ilə Avropadakı millilərin çalışdırıcıları arasında ən zəif – 9-cu göstəriciyə “nail olub”. O, indi millimizə gəlməyi arzulayan Engin Fırat (Moldova – 2019-20) və Hans Baçke (Finlandiya – 2016) ilə 9-cu pilləni bölüşür.

Qeyd edək ki, millimiz Santuşun dönəmində Estoniya və Latviya ilə qolsuz bərabərə qalıb, digər doqquz oyunda məğlub olub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki