Muxtar Babayev: “Azərbaycan su qıtlığı ilə üzləşə bilən ölkələrin siyahısındadır”

image-knemzlbofaaihppa37pudkm0zmrqzgqrxpuaz7l7_1200backend

“Su ilə bağlı proseslər bu gün dünyada çox maraq və ciddi narahatlıqla müzakirə olunur”.

newsbaku.az Oxu.Az istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyi və bu kimi digər amillər dağlarda qar ehtiyatlarının azalmasına, buzlaqların əriməsinə gətirib çıxarır:

“Hər il su ehtiyatlarımız azalır, buzlaqlar əriməyə məruz qalır. Bu proses, əfsuslar olsun ki, bütün dünyada baş verir. Əlbəttə, bunun ilkin səbəbi iqlim dəyişikliyi, yağıntıların qeyri-bərabər yağması, sululuğun azalması və bu kimi digər məsələlərdir”.

“Biz artıq illərdir ki, beynəlxalq təşkilatlarla birgə bu məsələləri müzakirə edirik. Böyük narahatlıq ondan ibarətdir ki, su ehtiyacı artıb. Dünya ölkələri artıq su bol olan və su qıtlığı ilə üzləşə bilən ölkələrə bölünüb. Su qıtlığı ilə üzləşə bilən ölkələrin siyahısı artıb. Təəssüflər olsun ki, Azərbaycan da bu siyahıda yer alır. Bu risklərin qarşısının alınması tam mümkün görünmür, amma bu şəraitə uyğunlaşma, adaptasiya tədbirlərinin görülməsi mümkündür”, – deyə M. Babayev qeyd edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki