Qəbələdə “Mercedes” ağaca ÇIRPILDI: ÖLƏN və yaralı var

image-87645backend

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində qeydə alınıb. Rayon sakini, 36 yaşlı Elşən Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 36 yaşlı İsa Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki