BMT Təhlükəsizlik Şurası Polşaya görə təcili toplanır

image-oip-2backend

Polşanın sorğusu əsasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) təcili iclas keçirəcək.

newsbaku.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin “X” səhifəsində məlumat verilib.

Qeyd olunub ki, TŞ-nin çağırılmasına səbəb Rusiya tərəfinin Polşanın hava məkanının pozulmasıdır.

Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onların zərərsizləşdirildiyini bildirmişdi.

newsbaku.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki