Ağcabədidə ananın doğuş zamanı ölümünün TƏFƏRRÜATI – Körpənin son vəziyyəti AÇIQLANDI

image-images-1backend

Ağcabədi rayonunda doğuş zamanı həyatını itirən ananın ölüm səbəbi məlum olub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 05:00-da 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib.

Əməliyyatdan sonrakı dövrdə, saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq, saat 06:45-də bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki