Alen Simonyan: “Yaxın gələcəkdə ermənilərlə azərbaycanlılar bir-biri ilə alver edəcəklər”

image-gwdqfnu5htmieysunl9yfftwo3d5lkjr85ncpryh_1200backend

“Yaxın gələcəkdə ermənilərlə azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, vahid bazar formalaşacaq. Bizim mağazalarımızda Azərbaycan malları, Bakıda və Azərbaycanın digər şəhərlərindəki mağazalarda isə erməni malları olacaq”.

newsbaku.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.

“Ermənilər gedib daha ucuz benzin alacaqlar, çünki bu, sərfəlidir”, – deyə Simonyan qeyd edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki