Qəbələdə ölümlə nəticələnən AĞIR QƏZADA yaralananın son vəziyyəti açıqlandı

image-eiecqxrgvhlreknmp2ysxhu4n9q4lmvlb0jqthkd_1200backend

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

newsbaku.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 11-i, saat 06:30-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“1989-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin travması, göz qapağının açıq yarası, döş qəfəsinin və qabırğaların çoxsaylı sınığı, hemopnevmotoraks diaqnozları təyin olunub.

Müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki