Rusiya səfiri Niderland XİN-ə çağırılıb

image-oip-3backend

Niderlandın xarici işlər naziri vəzifəsini icra edən David van Vil pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması ilə əlaqədar Rusiya səfiri Vladimir Tarabrini Krallığın Xarici İşlər Nazirliyinə çağırıb.

newsbaku.az-ın xəbərinə görə, bu barədə NOS telekanalı məlumat verib.

Məlumata görə, krallıq Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanının ola biləcəyini ehtimal edir.

NOS-un materialında qeyd olunur ki, dronların qarşısının alınmasına NATO-nun Polşadakı missiyalarında iştirak edən Niderlandın “F-35” qırıcıları cəlb edilib.

Xatırladaq ki, sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun operativ komandanlığı PUA kimi müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb. Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 hava məkanı pozuntusu qeydə alınıb. İnsidentlə əlaqədar NATO Polşanın xahişi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.

Rusiya Müdafiə Nazirliyindən bildirildiyinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri İvano-Frankovsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvovda Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə zərbələr endirib. Nazirlik əlavə edib ki, Polşa ərazisində obyektlərin vurulması planlaşdırılmamışdı. Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların uçuş məsafəsi isə 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “bu mövzuda” Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını da bildirib. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kremlin insidentlə bağlı verəcək yeni şərhi yoxdur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki