Qlobal neft təklifi rekord səviyyəyə çatıb – HESABAT

image-crude-oil-1backend

Qlobal neft tədarükü avqust ayında gündəlik 20 min barel artaraq 106 milyon 930 min barellə rekord səviyyəyə çatıb.

newsbaku.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Neft Bazarı Hesabatı”nda deyilir.

Bu artıma “OPEC+”un hasilatı azaltmağa davam etməsi və qeyri-OPEC+ ölkələrinin tədarükünün tarixi maksimuma çatması səbəb olub.

Hesabat dövründə OPEC qrupunun xam neft tədarükü əvvəlki ayla müqayisədə gündəlik təxminən 150 min barel artaraq 34 milyon 330 min barelə çatıb.

Eyni dövrdə OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı təqribən 130 min barel azalaraq 72 milyon 600 min barelə düşüb.

Qeyd edilib ki, qlobal neft tədarükünün bu il sutkada 105,8 milyon barel, gələn il isə 107,9 milyon barrel olacağı təxmin edilir.

IEA bu il üçün qlobal neft tələbinin artım proqnozunu gündəlik 60 min barel artıraraq yenidən nəzərdən keçirib.

Məlumata görə, bu il tələbin ötən illə müqayisədə gündəlik təxminən 740 min barel artaraq 103 milyon 875 min barelə çatacağı gözlənilir.

Əvvəlki hesabatda bu artımın gündəlik təxminən 680 min barel olacağı proqnozlaşdırılırdı.

Aşağı neft qiymətləri, qismən yaxşılaşan iqtisadi perspektiv və bəzi inkişaf etmiş iqtisadiyyatlarda güclü tədarüklər tələb proqnozunun yaxşılaşmasına kömək edib.

Bundan əlavə, qlobal neft tələbinin 2026-cı ildə bu illə müqayisədə 700 min barel artaraq gündəlik 104 milyon 572 min barelə çatacağı gözlənilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki