“Formula-1″ zamanı bəzi məktəblərdə tədris 1 həftə ərzində onlayn formada keçiriləcək”.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssisələrdə tədris 1 həftə distant formada təşkil ediləcək:
“Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil”.
newsbaku.az