Siyasi partiyanın maliyyə hesabatı ilə bağlı qaydaya dəyişiklik edilib

image-eli_1200backend

“Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nda dəyişiklik edilib.

newsbaku.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyasi partiyalar tərəfindən maliyyə hesabatı hər il aprelin 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan siyasi partiya auditor rəyi ilə birlikdə maliyyə vəziyyəti haqqında hesabatı, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatı və əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri, maliyyə fəaliyyəti olmayan siyasi partiya yalnız maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayışı göstərməlidir.

Maliyyə hesabatı və yuxarıda adı çəkilən arayış siyasi partiyanın rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və siyasi partiyanın möhürü ilə təsdiq edilməlidir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki