Astara rayonunda həyat yoldaşı ilə qayınatasını barışdırmaq istəyən kişi cərimələnib.
newsbaku.az Oxu.Az -a istinadən xəbər verir ki, məlumatına görə, hadisə rayonun Deqədi kəndində baş verib.
Rayonun Artupa kənd sakini Şamil Əsədovun həyat yoldaşı öz atası ilə mübahisə edib və aralarında küsülülük yaranıb.
Sentyabrın 3-də axşam saatlarında Ş.Əsədov həyat yoldaşını götürərək Deqədi kəndinə gedib və onu atası ilə barışdırmaq istəyib. Bu vaxt onun qaynı ilə mübahisə yaşanıb və nəticədə həyətdə səs-küy yaranıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, Ş.Əsədov barədə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Əsədov 50 manat cərimə olunub.
newsbaku.az