“Qurtuluş-93″də sakinləri narahat edən TƏHLÜKƏ: Binanın daşıyıcı divarları sökülüb?

image-vei6bxjgjq6nhbzrjssolgeg83rxkbbjuvnpxs1g_1200backend

Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş Residence” MTK-ya məxsus 96 və 98 nömrəli yaşayış binasının zirzəmi hissəsində yükdaşıyan konstruksiyalara müdaxilə edilməyib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən (FHN) verilib.

Qeyd olunub ki, sözügedən binanın zirzəmisinin qeyri-yaşayış obyektinə çevrilməsi və yaşayış binasının yükdaşıyan konstruksiyalarına müdaxilə edilməsi barədə informasiya Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən araşdırılıb.

“Araşdırma zamanı yükdaşıyan konstruksiyalara müdaxilə edilmədiyi, eyni zamanda, zirzəmiyə vətəndaşlar tərəfindən vitraj pəncərə və qapı qoyulduğu müəyyən olunub və bu barədə aidiyyəti üzrə yerli icra hakimiyyətinə müraciət ünvanlanıb”, – deyə məlumatda vurğulanıb.

image-qcgysur38hkmkwhgxvqmtd0s6xf4j4dpmmxpwtdd_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki