Tramp öz varisini açıqladı

image-img-20240913-wa0056-1024x576backend

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vitse-prezident Ceyms Devid Vens qarşıdan gələn prezident seçkisində Respublikaçılar Partiyasının ən çox ehtimal olunan namizəddir.

newsbaku.az xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu barədə danışmaq hələ tezdir. “Amma o, əla iş görür. Vitse-prezident, yəqin ki, indiki məqamda favoritdir”, – prezident qeyd edib.

Tramp vurğulayıb ki, prezident vəzifəsinə ABŞ dövlət katibi Marko Rubio kimi başqa iddiaçılar da var.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki