La Liqanın oyunu Messinin çıxış etdiyi şəhərdə keçiriləcək

image-600-1backend

İspaniya Futbol Federasiyası La Liqanın 17-ci turuna aid “Vilyarreal” – “Barselona” matçının ölkə hüdudlarından kənarda keçirilməsinə “yaşıl işıq” yandırıb.

newsbaku.az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Rəsmilər FIFA-ya da müvafiq sorğu göndəriblər. Beynəlxalq futbol qurumu etiraz etməsə, “Vilyarreal” – “Barselona” matçı 20 dekabr 2025-ci ildə Mayamidə – “Hard Rock Stadium”da keçiriləcək. Beləliklə, kataloniyalılar “İnter Mayami”də çıxış edən Lionel Messini ziyarət etmiş olacaqlar.

Bu, ilk belə hal ola bilər ki, Avropanın “böyük beşlik” liqasının oyunu ABŞ-də baş tutacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki