Pakistan Azərbaycanla quru nəqliyyat marşrutlarının inkişafı hesabına ticarətin genişləndirilməsinə böyük əhəmiyyət verir.
newsbaku.az Pakistan mediasına istinadən xəbər verir ki, bu barədə Pakistanın özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.
“Pakistan və Azərbaycan Birgə Ticarət Palatasının fəaliyyəti quru yolu ilə əlaqələr hesabına ticarətin təşviqinə yönəlib. Pakistan və Azərbaycanı tarixi, coğrafi və dini bağlar birləşdirir. Pakistan ikitərəfli ticarət və əməkdaşlığı təşviq etməyə səy göstərir”, – Xan qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər və cari regional vəziyyət də müzakirə olunub.
Azərbaycan səfiri bildirib ki, Pakistan və Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməyə davam edəcək.
newsbaku.az