Fukusima AES-dən 7 800 ton su okeana axıdılacaq

image-dnizbackend

Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) şirkəti “Fukusima-1” atom elektrik stansiyasından (AES) texniki baxımdan təmizlənmiş suyun 13-cü partiyasını okeana buraxmağa başlayıb.

newsbaku.az bu barədə şirkətin saytına istinadla məlumat verir.

Bildirilir ki, bu mərhələdə də əvvəlki hallarda olduğu kimi, 7 800 ton suyun okeana axıdılması planlaşdırılır.

Xatırladaq ki, 2011-ci ildə baş verən zəlzələ və sunami nəticəsində AES-in soyutma sistemləri sıradan çıxmış, üç reaktor zədələnmiş və ətraf mühitə radiasiya yayılmışdı. O vaxtdan bəri reaktorların soyudulması üçün istifadə olunan su toplanaraq təmizlənir və bir hissəsi təkrar istifadə olunur.

Yaponiya hökumətinin 2023-cü ildə verdiyi qərara əsasən, təmizlənmiş suyun mərhələli şəkildə okeana buraxılması 30-40 il davam edəcək. Su tam təmizlənməsinə baxmayaraq, tərkibində tamamilə çıxarıla bilməyən tritium qalır. Lakin bu elementin miqdarı beynəlxalq normativlərdən dəfələrlə aşağı səviyyəyə qədər azaldılaraq buraxılır.

newsbaku.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki