“Arsenal” Viktor Qyökereş üçün “Sportinq”lə razılığa gəlib.
newsbaku.az “The Athletic”ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, “topçular” Lissabon klubuna 63.5+10 milyon avro ödəyəcək.
Qyökereş iki mövsüm “Sportinq”də çıxış edib. O, başa çatan mövsümdə Avropada ən çox qol vuran futbolçu olub – 52 oyuna 54 qol.
Isveçli hücumçu bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq.
newsbaku.az