Kremlin təbliğat maşınının başında olanlar sülh təşəbbüslərini gözdən salmağa çalışırlar

image-izobrazhenie_2025-08-12_141108251backend

“Kremlin təbliğat maşınının başında olan simalar – Dövlət Dumasının deputatı, keçmiş general Andrey Qurulyov, həmçinin Vladimir Solovyov kimi təxribatçı teleaparıcılar öz çıxışlarında açıq şəkildə region xalqları arasında nifaq toxumları səpir, sülh təşəbbüslərini gözdən salmağa çalışırlar”.

newsbaku.az xəbər verir ki, bunu “Report”a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, bu şəxslərin dedikləri bəzən diplomatik dillə gizlətməyə çalışılan siyasətin “çılpaq” üzünü ortaya qoyur:

“Azərbaycan xalqı yaxın keçmişi unutmayıb. 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya daxil olaraq dinc sakinləri qətlə yetirməsindən tutmuş “AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində soydaşlarımızın həyatını itirməsinə qədər! Bütün bunların fonunda ya susulub, ya da məsuliyyətdən yayınmağa çalışılıb”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki