“Turan Tovuz” növbəti yoxlama görüşündə Türkiyə klubu ilə üz-üzə gələcək

image-1200-1backend

“Turan Tovuz” klubu Türkiyədə təlim-məşq toplanışında ikinci yoxlama oyununu iyulun 29-da keçirəcək.

newsbaku.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəqib qardaş ölkənin I Liqa təmsilçisi “Keçiörengücü” olacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl iyulun 29-da Cənubi Azərbaycanın “Traktor” komandası ilə qarşılaşacağını açıqlayıb. Sonradan həmin görüş təşkilati və klubdan asılı olmayan səbəblərdən ləğv olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki